AZ

Maykl Karrik: Maquayra yeni müqavilə təklif olunacaq

sport24.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Mançester Yunayted"in müvəqqəti baş məşqçisi , Maykl Karrik müdafiəçi Harri Maquayra yeni müqavilə təklif olunacağını bildirib. Sport24.az xəbər verir ki, bu barədə ingiltərəli mütəxəssis "Sky Sports"a müsahibəsində deyib.

Karrik Maquayrın komandaya böyük töhfə verdiyini vurğulayıb:

"Harri çox təsirli xarakterə malikdir. Bu yaşda belə, təcrübəsi və keyfiyyətləri ilə komandamız üçün vacibdir. Son matçda "Everton"a qarşı fantastik çıxış etdi".

Qeyd edək ki, Maquayr 2019-ci ilin yayından "Mançester Yunayted"də çıxış edir. İngiltərə millisin üzvünün klubu ilə hazırkı müqaviləsi bu ilin yayında başa çatır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
sport24.az

1Mənbələr