AZ

İran ali dini lider Əli Xameneinin ölümünü təsdiqləyib - RƏSMİ

İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə İranın Dövlət Xəbər Agentliyi (İRNA) məlumat yayıb.

"İslam İnqilabının ali rəhbəri şəhid olub", - məlumatda bildirilib.

Qeyd olunub ki, o, ABŞ və İsrailin hücumları nəticəsində həlak olub.

"Tasnim" agentliyi isə bildirib ki, Xamenei şənbə günü səhərin erkən saatlarında, iş yerində şəhid olub.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Xameneinin öldürüldüyünü açıqlamışdı.

Seçilən
10
6
missiya.az

10Mənbələr