AZ

FIFA-dan İrandakı hadisələrə görə dünya çempionatı ilə bağlı təhlükəsizlik anonsu

Dünya futbolunun rəhbər qurumu olan FIFA-nın baş katibi Mattias Qrafstrom regiondakı gərgin hərbi vəziyyət fonunda DÇ-2026-nın təhlükəsizliyi ilə bağlı sualları cavablandırıb.

İdman.Biz ESPN nəşrinə istinadla xəbər verir ki, baş katib hadisələrin inkişafını yaxından izlədiklərini bildirib. Qrafstrom qeyd edib ki, hazırda əsas hədəf bütün komandaların iştirakı ilə turnirin təhlükəsiz keçirilməsini təmin etməkdir.

“Mən də sizin kimi İranla bağlı xəbərləri oxumuşam. İclasımız keçirilib və hələlik ətraflı şərh vermək tez olsa da, dünyadakı bütün prosesləri izləyəcəyik. Vaşinqtonda bütün komandaların iştirakı ilə final mərhələsinin püşkatma mərasimi baş tutub. İndi əsas vəzifəmiz dünya çempionatının təhlükəsizliyini təmin etməkdir. Hər bir halda, ev sahibi olan üç ölkənin hökuməti ilə daimi təmasda olmağa davam edəcəyik”, - deyə FIFA rəsmisi vurğulayıb.

Xatırladaq ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada keçiriləcək.

İdman.Biz
Seçilən
18
1
idman.biz

2Mənbələr