AZ

Qızılın qiyməti rekord həddə çata bilər

ABŞ, İsrail və İran arasında başlayan qarşıdurma qızıl və neft qiymətlərinin görünməmiş səviyyələrə yüksəlməsinə səbəb ola bilər.

“İki sahil” xəbər verir ki, bu barədə "Sputnik Türkiyə" məlumat yayıb.

Mütəxəssislər bildirirlər ki, müharibə davam edərsə, iqtisadi təsirlər təkcə neftlə məhdudlaşmayacaq, digər məhsulların qiymətlərinə də sirayət edəcək.

Küveytli enerji eksperti Kamel Əl-Harami qızılın bir unsiyasının qiymətinin 5 500 dollara çata biləcəyini deyib. O, bunun son dərəcə yüksək göstərici olduğunu vurğulayaraq, mövcud şəraitdə qızılın ən təhlükəsiz aktiv olaraq qaldığını bildirib.

Ekspert neft qiymətlərinin dəqiq proqnozlaşdırılmasının mümkün olmadığını qeyd edib və müharibənin neft və qaz hasilatı ilə ixracının cəmləşdiyi Körfəz bölgəsində getdiyini xatırladıb. Onun sözlərinə görə, vəziyyətin inkişafından asılı olaraq Asiya bazarları ciddi şəkildə təsirlənə bilər.

Seçilən
20
ikisahil.az

1Mənbələr