AZ

Trampdan Tehrana sərt xəbərdarlıq: Bunu etməsələr, daha yaxşı olar

BAKI, 1 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranın növbəti hücum hədələrinə cavab olaraq rəsmi Tehrana qarşı kəskin xəbərdarlıq edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ lideri özünün "Truth Social" sosial şəbəkə hesabında paylaşım edib.

Tramp İranın yeni və daha şiddətli hücumlar planlaşdırdığına dair bəyanatlarına işarə edərək, Vaşinqtonun buna hazır olduğunu bildirib:

"İran indicə bəyan etdi ki, bu gün çox ağır – indiyə qədər məruz qaldıqlarından daha ağır zərbə endirməyə hazırlaşırlar. Onlar bunu etməsələr, daha yaxşı olar, çünki əgər etsələr, biz onlara əvvəllər heç vaxt görülməmiş bir qüvvə ilə zərbə endirəcəyik! Bu məsələyə diqqət ayırdığınız üçün təşəkkür edirəm!"

Seçilən
6
2
teleqraf.com

3Mənbələr