AZ

"Qarabağ" bu gün "Sabah"ı sınağa ÇƏKƏCƏK

Azərbaycan Premyer Liqası: Lider Sabah Qarabağla qarşılaşacaq
Misli Premyer Liqasında XXII tura bu gün yekun vurulacaq.

Turun son oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk matçında "Turan Tovuz" "Azersun Arena"da "İmişli"ni qəbul edəcək. "Turan Tovuz" hazırda 40 xalla üçüncü pillədə qərarlaşıb. 20 xala malik "İmişli" isə 9-cu yerdədir.
 

Turun mərkəzi qarşılaşmasında isə "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Sabah"la üz-üzə gələcək. "Sabah" 52 xalla turnir cədvəlinə başçılıq edir. İkinci pillədə yer alan "Qarabağ"ın isə 45 xalı var.


Qeyd edək ki, turun daha əvvəl keçirilmiş matçlarında "Kəpəz" "Sumqayıt"ı (3:0), "Zirə" "Araz-Naxçıvan"ı (1:0) məğlub edib. "Neftçi" - "Şamaxı" (2:2) və "Qəbələ" - "Karvan-Yevlax" (1:1) görüşlərində isə qalib müəyyənləşməyib.

Seçilən
28
30
news365.az

10Mənbələr