ain.az, Axar.az portalına istinadən məlumat yayır.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) altıncı hücum dalğası ilə ABŞ və İsrailin bölgədəki onlarla hədəfinə hücum edib.
Axar.az xəbər verir ki, bu barədə SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatında bildirilib.
Məlumata görə, hücum zamanı raketlər və dronlardan istifadə edilib.
"Hücuma məruz qalan hədəflər arasında ABŞ-ın bölgədəki 27 bazası, eləcə də İsrail Ordusunun ümumi komandanlığının qərargahı olan Tel Nof bazası və Tel-Əvivdəki böyük müdafiə sənayesi kompleksi var idi", - açıqlamada bildirilib.
Qeyd edək ki, SEPAH Xameneinin öldürülməsinə cavab olaraq indiyə qədərki ən güclü hücum əməliyyatı elan edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.