AZ

İran İsraili vurur – SON DƏQİQƏ

İran İsrailə növbəti genişmiqyaslı raket zərbəsi endirir.

KONKRET.az xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb.

Bildirilib ki, İsrailin cənub və mərkəzi bölgələrində hava həyəcanı elan olunub.

“Bu bölgələrdə əhalinin sığınacaqlarda qalması tövsiyə edilib”, – deyə vurğulanıb.

Eyni zamanda qeyd olunur ki, İranın İsrailə son raket zərbələri nəticəsində ölən və yaralanan yoxdur.

Bir neçə nəfər hava həyəcanı zamanı sığınacaqlara qaçarkən yüngül xəsarət alıb. İsrail Ordusu mülki şəxslərin artıq sığınacaqları tərk edə biləcəyini açıqlayıb.

Həmçinin İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) da altıncı hücum dalğası ilə bağlı məlumat yayıb:

“ABŞ və İsrailin bölgədəki onlarla hədəfinə hücum edilib. Bu zaman raketlər və dronlardan istifadə olunub.

Hücuma məruz qalan hədəflər arasında ABŞ-ın bölgədəki 27 bazası, eləcə də İsrail Ordusunun ümumi komandanlığının qərargahı olan Tel Nof bazası və Tel-Əvivdəki böyük müdafiə sənayesi kompleksi var idi”.//Globalinfo.az

Seçilən
14
1
konkret.az

4Mənbələr