AZ

Qvardiola: “Dinlərə hörmət edin!”

style='margin-bottom:10px;'>

“Mançester Yunayted”in baş məşqçisi Pep Qvardiola “Lids Yunayted” azarkeşlərinə sərt reaksiya verib.

QOL.az xəbər verir ki, İngiltərə Premyer Liqasının matçında “Lids Yunayted”lə “Mançester Siti” üz-üzə gəlib (0:1). Qarşılaşma zamanı Ramazan ayı ilə əlaqədar oruc tutan müsəlman futbolçuların iftar açması üçün oyuna qısa fasilə verilib. Bu qərar ev sahibi komandanın bəzi azarkeşlərinin narazılığına səbəb olub.

Matçdan sonra “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola baş verənlərə münasibət bildirib:

“Ramazan səbəbindən oruc tutan insanlar var. Niyə oyuna 1-2 dəqiqə fasilə veriləndə fitə basırsınız? Dinlərə hörmət göstərin! Müasir dünyada yaşayırıq, elə deyilmi? Dünyada nələr baş verdiyini baxın. Bu gün nələrin olduğunu izləyin. Məsələ bütün dinlərə hörmət göstərməkdir. Problem nədir?”

Qeyd edək ki, ispaniyalı mütəxəssis daha əvvəl də müsəlmanlara qarşı baş verən hadisələrlə bağlı mövqeyini açıq şəkildə ifadə edərək dəstək qazanmışdı.

Seçilən
9
1
teleqraf.com

2Mənbələr