AZ

Meyxanaçı Mehman Əhmədli: "Hazırda bu sahədə özümə rəqib görmürəm" - VİDEO

"Deyişmə zamanı güclü rəqabət olanda meyxana daha maraqlı və keyfiyyətli alınır, dinləyici də bundan zövq alır".

 

Bunu Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışında qonaq olan meyxana ustası Mehman Əhmədli deyib.

 

O bildirib ki, bəzi meyxanaçılar məclisə qrup şəklində qatılırlar və əsas məqsədləri toyu yola vermək, qazanc əldə etmək olur.

 

Mehman Əhmədlinin sözlərinə görə, əsl rəqabət iki güclü meyxanaçının meydanda üz-üzə gəlməsi zamanı yaranır və nəticədə daha sanballı meyxana ortaya çıxır.

 

O əlavə edib ki, hazırda bu sahədə heç kimi özünə rəqib görmür:

 

"Vaxtilə bu rəqabəti rəhmətlik Aydınla yaşamışam. Onunla həyatda dost idik, amma meydana çıxanda sözlə bir-birimizi "qırırdıq", əsl meyxana deyirdik".

 

Tarix: 1 Mart 2026, 11:00   
Seçilən
90
5
pravda.az

6Mənbələr