AZ

İrandan 31 nəfər təxliyə olunub - Yenilənib

28 fevral saat 08:00-dan 1 mart saat 10:00-dək İran–Azərbaycan sərhədi vasitəsilə ümumilikdə 31 nəfər təxliyə edilib.

Təxliyə olunanlar arasında 30 nəfər Azərbaycan vətəndaşı, 1 nəfər isə İtaliya vətəndaşı olub.

***

ABŞ və İsrailin İrana zərbə endirməsi fonunda Azərbaycan vətəndaşlarının qonşu ölkədən təxliyəsi davam edir.

"Report" xəbər verir ki, daha bir qrup vətəndaşın Azərbaycana təhlükəsiz keçidi təmin edilib.

20:30

Yeddi Azərbaycan vətəndaşı İrandan təxliyə edilib.

"Report" xəbər verir ki, ABŞ və İsrailin İrana zərbə endirməsi fonunda Azərbaycan vətəndaşlarının qonşu ölkədən təxliyəsi həyata keçirilib.

Bu gün saat 08:00-dan 20:00-dək yeddi vətəndaşın Azərbaycana keçidi təmin olunub.

Seçilən
30
1
anews.az

7Mənbələr