AZ

Oğuzda Mülkü Müdafiə zamanı əhalinin və işçi heyətin təhlükəsizliyindən danışılıb

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Oğuz, 1 mart, Rasim İslamoğlu, AZƏRTAC

1 mart – Ümumdünya Mülki Müdafiə Günü münasibətilə Oğuz Rayon İcra Hakimiyyəti, Şimal-Qərb regionu üzrə Mülki Müdafiə İdarəsi və Oğuz Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib.

Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdə Oğuz rayonu üzrə Mülki Müdafiənin Qərargah rəisi Vasif İsgəndərov, Şimal-Qərb regionu üzrə Mülki Müdafiə İdarəsinin zabitləri kapitan Niyazi Hacızadə və kapitan Ayxan Tarixzadə həmçinin Oğuz Rayon Mərkəzi Xəstəxanasının kollektivi iştirak edib.

Çıxışlarda mülki müdafiə sahəsində maarifləndirmə işinin əhəmiyyətindən bəhs olunub. Qeyd edilib ki, fövqəladə halların qarşısının alınması, əhalinin və işçi heyətin təhlükəsizliyinin təmin edilməsi, eləcə də yarana biləcək risklərə qarşı operativ və düzgün davranış qaydalarının mənimsənilməsi hər bir müəssisə üçün prioritet istiqamətlərdəndir. Səhiyyə müəssisələrinin fövqəladə vəziyyətlər zamanı xüsusi məsuliyyət daşıdığı vurğulanaraq, bu baxımdan hazırlıq səviyyəsinin yüksək olmasının vacibliyi diqqətə çatdırılıb.

Tədbir çərçivəsində “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə olunması” mövzusunda da maarifləndirici müzakirələr aparılıb. İştirakçılara ətraf mühitin mühafizəsi, istehsalat və məişət tullantılarının düzgün idarə edilməsi, fövqəladə ekoloji hadisələrin qarşısının alınması istiqamətində görülməli tədbirlər barədə ətraflı məlumat verilib.

Bildirilib ki, ekoloji təhlükəsizlik ümumi təhlükəsizlik anlayışının ayrılmaz tərkib hissəsidir və bu sahədə hər bir vətəndaşın məsuliyyəti böyükdür.

Sonda mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
97
azertag.az

1Mənbələr