AZ

MEDİA İrandakı müharibə ilə bağlı məlumat yayanlara çağırış etdi

Yeniavaz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar fonundamedia və sosial şəbəkələrdə cəmiyyətdə çaşqınlıq yaradabiləcək məlumat axını müşahidə olunmaqdadır”.

Yeniavaz.com xəbər verir ki, bu haqda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) açıqlamasında bildirilir.

“Dezinformasiya risklərinin yüksək olduğu bir vəziyyətdə bütün media subyektlərini yalnız rəsmi mənbələrin məlumatlarına istinad etməyə, informasiya manipulyasiyalarına yol verməməyə çağırırıq.

Jurnalistləri və ictimai fəalları yalnız rəsmi məlumatları yaymağa və cəmiyyətdə təşviş doğuran paylaşımlardan çəkinməyə səsləyirik”, - MEDİA-nın yaydığı məlumatda deyilir.

Qeyd edək ki, dünən ABŞ və İsrail İranda genişmiqyaslı hərbi əməliyyata başlayıblar. Fevralın 28-də və martın 1-də paytaxt Tehranda və bir çox böyük şəhərdə müxtəlif hədəflərə hava zərbələri endirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
26
yeniavaz.com

4Mənbələr