ain.az, Turkstan.az saytına istinadən bildirir.
İranın hücum dalğası təkcə İsrail və Bəhreynlə məhdudlaşmayıb.Turkustan.az xəbər verir ki, verilən son məlumatlara görə, İran silahlı qüvvələri İraq Kürdüstanındakı strateji obyektlərə də zərbələr endirib.
İranın "Fars" agentliyinin yaydığı xəbərə görə, partlayış səsləri Ərbil hava limanı yaxınlığında yerləşən ABŞ-ın "Əl-Hərir" hərbi bazası ətrafında eşidilib. Mənbələr bildirir ki, həmin obyektdə ABŞ ordusunun xüsusi təyinatlı qüvvələri dislokasiya olunub.
Zərbələrin nəticəsində bazaya dəyən ziyan və ABŞ hərbçiləri arasında itkilərin olub-olmaması barədə hələlik rəsmi məlumat verilməyib. Lakin hücumun coğrafiyasının bu dərəcədə genişlənməsi İranın bölgədəki bütün ABŞ hərbi varlığını hədəf aldığını təsdiqləyir. /Musavat.com/
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.