MotoGP-də ilin ilk yarışı baş tutub.
Offsideplus.az xəbər verir ki, yeni mövsümə Tailandda start verilib.
İlk yarışa "Apriliya" komandası vurub.
İlk beş yerdən dördünü onların baykerləri tutub. Qalib isə Marko Betsekki olub.
Ötən mövsüm də son iki yarışı qazanan Betsekki ardıcıl 3-cü qələbəsini əldə edib.
İkinci yeri Pedro Akosta, üçüncü yerin sahibi isə Raul Fernandes olub.
Toprak Razqatlıoğlu ilk MotoGP yarışında 17-ci ola bilib.
Son çempion Mark Markes isə arxa təkəri partladığı üçün yarışı tamamlaya bilməyib.