AZ

37 yaşlı əfsanə gələcəyi ilə bağlı qərar verdi

“Los-Anceles Qalaksi”nin hücumameylli yarımmüdafiəçisi Marko Roys yeni müqavilə imzalayıb.

Publika.az xəbər verir ki, MLS klubu almanla müqavilənin 2027-ci ilin sonuna qədər uzadıldığını rəsmən açıqlayıb. Marko Roys 2024-cü ilin yayında “Borussiya Dortmund”dan pulsuz transferlə “Los-Anceles”ə qoşulub.

Roys hazırkı komandasında ümumilikdə 42 oyun keçirib, 9 qol vurub və 13 məhsuldar ötürmə edib. Almaniya millisinin keçmiş yarımmüdafiəçisinin mayın 31-də 37 yaşı tamam olacaq.

Seçilən
17
10
publika.az

10Mənbələr