AZ

Netanyahu İrana çağırış etdi: “Minlərlə hədəfi vuracağıq, küçələrə çıxın və rejimi devrin”

Benjamın Netanyahu İran barədə sərt bəyanatla çıxış edib. O bildirib ki, qarşıdakı günlərdə İsrail İranın “terror rejimi”nə aid minlərlə hədəfə zərbə endirəcək. Netanyahu iddia edib ki, bu addımlar İranda azadlıq və zülmdən qurtuluş üçün şərait yaradacaq.

KONKRET.az xəbər verir ki, İsrailin baş naziri çıxışında İran vətəndaşlarına birbaşa müraciət edərək onları fürsəti əldən verməməyə çağırıb. O qeyd edib ki, belə imkanın bir nəsildə yalnız bir dəfə yarandığını deyərək, insanları kütləvi şəkildə küçələrə çıxmağa səsləyib.

Netanyahu bildirib ki, “işi tamamlayın və bu terror rejimini devrin”. Onun sözlərinə görə, İran xalqının arzuladığı yardım artıq gəlib.

Natiq Səlim,
KONKRET.az

Seçilən
18
konkret.az

1Mənbələr