AZ

İranın Mehran sərhəd alayı vurulub, ölənlərin sayı açıqlanıb

Bakı. Trend:

ABŞ və İsrailin İrana hərbi hava hücumları fonunda bu gün səhərsaatlarında İranın cənub-qərbində yerləşən İlam vilayətinin Mehranrayonunda Mehran sərhəd alayının qərargahı vurulub.

Bu barədə Trendİran KİV-ə istinadən məlumat verib.

Məlumata əsasən, sərhəd alayının qərargahının vurulmasınəticəsində 21 nəfər ölüb.

Məlumatda qeyd olunur ki, 10 nəfər sərhəd alayının hərbimütəxəssisi və 11 nəfər əsgər olub.

Sərhəd alayı qərargahının vurulması nəticəsində ətraf binalarada ciddi şəkildə ziyan dəyib.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasındakeçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başaçatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraqAvropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarəyerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarınabaşlayıb.

İsrail və ABŞ-nin ötən gün həyata keçirilən hərbi havahücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onunailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayorƏbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun(SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderininmüşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziriƏziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

Məqalədə:
Seçilən
32
6
az.trend.az

10Mənbələr