AZ

Hörmüz boğazında ilk hücum - neft tankeri vuruldu… VİDEO



İran "xəbərdarlıqlara məhəl qoymadan Hörmüz boğazından keçməyə çalışan" neft tankerini vurduğunu bəyan edib.

Hücum nəticəsində dörd nəfər yaralanıb. Tankerin 20 nəfərdən ibarət heyəti təxliyə edilib. Heyət üzvlərindən 15-nin Hindistan, 5-nin isə İran vətəndaşı olduğu bildirilib.

Hadisə, İran donanmasının ABŞ-İsrail hücumları səbəbindən Hörmüz boğazını bağladığını elan etməsindən sonra ilk hücum kimi qeydə alınıb.

Bu arada, Oman hakimiyyəti Duqm Ticarət Limanının iki dron tərəfindən hədəfə alındığını açıqlayıb. Bu hücumlar ABŞ-İran danışıqlarında vasitəçilik rolunu oynayan Omana qarşı ilk hücumlardır.

TAHİR

Seçilən
77
2
baki-xeber.com

3Mənbələr