AZ

"Sabah"dan "Qarabağ"ı məyus edəcək xəbər - o, "köhlən atlar"a problem yaradacaq!

Bir qədər sonra Misli premyer-liqasının 22-ci turunda mövsümün ən əhəmiyyətli oyunlarından birinə şahidlik edəcəyik. Söhbət "Qarabağ" - "Sabah" matçından gedir.

Masazır təmsilçisinin heyətindən Stiv Solvetin zədələndiyini, bu səbəbdən "köhlən atlar"a qarşı görüşü buraxmaq ehtimalının yüksək olduğunu yazmışdıq.

Fransalının son durumu öyrənmək məqsədilə "bayquşlar"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla əlaqə saxladıq. Klub rəsmisinin "Football-plus.az"a verdiyi məlumata görə, Solvetin durumu yaxşıdı. Sağlamlıq vəziyyəti komandasının uğuru üçün top qovmağa imkan verir. Meydana çıxıb-çıxmaması isə təbii ki, məşqçilər korpusunun qərarından asılıdı.

Xatırladaq ki, saat 19.00-da başlayacaq qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

KƏNAN BAHADIR

Seçilən
44
football-plus.az

1Mənbələr