AZ

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı ölən hərbçilərin sayını AÇIQLADI

ABŞ-nin İrana qarşı hərbi əməliyyatı zamanı üç amerikalı hərbçi ölüb, daha beş nəfər isə ağır yaralanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

"‘Epik qəzəb" əməliyyatı çərçivəsində döyüş zamanı üç amerikalı hərbi qulluqçu ölüb, beş nəfər ağır yaralanıb", - "X" platformasında yayımlanan məlumatda bildirilir.

Komandanlıq əlavə edib ki, bir neçə hərbçi qəlpə yaraları və beyin silkələnməsi alıb. Onların sayı dəqiqləşdirilmir./Oxu.az


Telegram kanalımız
Seçilən
18
1
yenisabah.az

2Mənbələr