AZ

"Qarabağ" - "Sabah" oyununda qalib müəyyənləşmədi - Misli Premyer Liqası

Bakı. Trend:

Misli Premyer Liqasında XXII tura yekun vurulub.

Trend-inməlumatına görə, günün son matçında "Qarabağ" Tofiq Bəhramov adınaRespublika Stadionunda "Sabah"ı qəbul edib. Görüş 3:3 hesablıheç-heçə ilə yekunlaşıb.

Ağdam klubunun heyətində Pedro Bikalyo, Kevin Medina və MusaQurbanlı fərqləniblər. "Sabah"ın qollarını isə Xəyal Əliyev, AaronMaluda və Coy-Lens Mikels vurublar.

Turnir cədvəlinə 53 xalla "Sabah" başçılıq edir. "Qarabağ" isə46 xalla ikinci pillədə qərarlaşıb.

Günün ilk görüşündə "Turan Tovuz" "Azərsun Arena"da "İmişli"nisınağa çəkib. Oyun qolsuz heç-heçə ilə yekunlaşıb - 0:0.

Qeyd edək ki, turun daha əvvəl reallaşan qarşılaşmalarında"Kəpəz" "Sumqayıt"ı (3:0), "Zirə" "Araz-Naxçıvan"ı (1:0) məğlubedib. "Neftçi" - "Şamaxı" (2:2) və "Qəbələ" - "Karvan-Yevlax" (1:1)oyunları isə heç-heçə ilə başa çatıb.

Məqalədə:
Seçilən
40
2
az.trend.az

3Mənbələr