AZ

İrana hücum neft bazarına necə təsir edəcək?

“İrana ehtimal olunan hücum enerji daşıyıcılarının qiymətlərində kəskin sıçrayışa səbəb olmayacaq”.

Turkustan.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trump The Atlantic nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, əgər proseslər arzuolunmaz istiqamətdə inkişaf etsəydi, neftin qiymətində ciddi artım müşahidə oluna bilərdi. Lakin əməliyyatın uğurlu nəticələri fonunda amerikalıların büdcəsinə təsirin bəzi ekspertlərin proqnozlaşdırdığı qədər ağır olmayacağını vurğulayıb.

Prezident əlavə edib ki, ABŞ-İsrail hərbi əməliyyatı fonunda enerji qiymətlərinin mümkün yüksəlişi onu narahat etmir.

Fox News jurnalisti Ceki Haynrixin sosial şəbəkədə paylaşdığı məlumata əsasən, Tramp bu suala cavabında belə deyib: “Məni heç nə narahat etmir. Mən sadəcə düzgün hesab etdiyim addımı atıram. Nəticədə isə bu, işləyir.” /Modern.az/

Seçilən
11
turkustan.az

1Mənbələr