AZ

“Sabah”ın baş məşqçisi “Qarabağ”dan üzr istədi

“Sabah”ın baş məşqçisi Valdas Damburaskas Azərbaycan Premyer Liqasının 22-ci turu çərçviəsində keçirilən “Qarabağ”la oyunda (3:3) yaşanan insdentdən danışıb.

Publika.az xəbər verir ki, litvalı mütəxəssis köməkçisinin nalayiq hərkətinə görə üzr istəyib:

“İnsidentə görə qarşı tərəfdən üzr istədik. Sözün açığı, həmin anı görməmişdim. Oyuna fikrimi cəmləmişdim, bir də gördüm ki, gərginlik baş verib. “Sabah” olaraq biz heç vaxt belə halları dəstəkləmirik. Bu cür hallar "fair-play" qaydalarına ziddir”.

Qeyd edək ki, “Sabah”ın məşqçisi Valerio Zuddas “Qarabağ”ın məşqçilər korpusuna qarşı nalayiq hərəkət etmişdi.

Seçilən
34
publika.az

1Mənbələr