Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi bildirib ki, hazırda İrandan Azərbaycan vasitəsilə çıxmaq üçün siyahıda 500 Rusiya vətəndaşı qeydiyyatdadır.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik məlumat yayıb.
"Rusiya səfirliyi İrandan Astara sərhəd-keçid məntəqəsi vasitəsilə çıxan Rusiya vətəndaşlarına yardım göstərir. Hazırda Azərbaycan vasitəsilə çıxış üçün siyahıda artıq təxminən 500 həmvətənimiz var", - deyə səfirlikdən bildirilib.
Diplomatik nümayəndəlik həmçinin sərhədin keçilməsi üçün icazələrin operativ şəkildə verilməsi də daxil olmaqla göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.