AZ

London derbisini “Arsenal” qazandı

İngiltərə Premyer Liqasında 28-ci turun oyunları keçirilir. Msport.az xəbər verir ki, “Arsenal” öz meydanında “Çelsi” ilə qarşılaşıb.

Mikel Artetanın komandası görüşü 2:1 hesabı ilə öz xeyrinə başa vurub.

“Çelsi”nin heyətində Pedru Netu  70-ci dəqiqədə qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub.

“Arsenal” 64 xalla turnir cədvəlinə başçılıq edir. “Çelsi” 45 xalla 6-cı yeri tutur.

İngiltərə Premyer Liqası

28-ci tur

“Arsenal” – “Çelsi” 2:1

Qollar: Vilyam Saliba, 21, Yurrien Timber, 66 – Pyero İnkapye, 45+2-öz qapısına.

Seçilən
113
msport.az

1Mənbələr