BAKI, 1 mart. TELEQRAF
ABŞ və İsrailin İranın cənubunda yerləşən Minab şəhərində məktəb binasına edilən zərbə nəticəsində ölənlərin sayı 165 nəfərə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə "Mizan" agentliyi məlumat yayıb.
Yerli prokurorluğun məlumatına əsasən, yaralananların ümumi sayı 96 nəfərdir. Zərbə əsasən qızlar üçün nəzərdə tutulmuş məktəbin şagirdlərinə təsir edib.