AZ

Uduzsalar da, yuxarı liqaya birbaşa vəsiqə qazanacaqlarına inanır

“Əsl mübarizə hələ irəlidədir”.

Bu sözləri Srortinfo.az-a açıqlamasında “Qaradağ Lökbatan“ın baş məşqçisi Qəzənfər Abbasov deyib.

II Liqanın ötən turunda çempionluq uğrunda əsas rəqibi olan “Xankədi“yə 1:2 hesabıyla uduzan qəsəbə təmsilçisi zirvəni ikinci pilləyə dəyişib.

Bununla belə, gənc mütəxəssis I Liqaya birbaşa vəsiqə qazanacaqlarına inanır:

“Bu oyunun nəticəsi çox şeyə aydınlıq gətirsə də, hələ hər şey həll olunmayıb. Qarşıda bizi və “Xankəndi”ni digər rəqiblərlə çətin görüşlər gözləyir.

Üstəlik, “altılıq”da bu komanda ilə yenidən üz-üzə gələcəyik. Çempionluq iddiamızı son tura qədər davam etdirib, yekunda sevinən tərəf olacağımıza inanıram”.

Seçilən
13
sportinfo.az

1Mənbələr