AZ

“Qarabağ” bu əla oyunda möhtəşəm geridönüş etdi - VİDEO

Misli Premyer Liqasında XXII tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun son matçında "Qarabağ" "Sabah"la qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan və 6 qolun vurulduğu matçda qalib müəyyənləşməyib - 3:3.

"Sabah"dan qolları Xəyal Əliyev (13), Aaron Maluda (54), Coy Lens Mikels (60) rəqib qapısından keçiriblər.

"Qarabağ"ın heyətində isə Pedro Bikalyo (73), Kevin Medina (78), Musa Qurbanlı (84) fərqləniblər.

Bu nəticədən sonra xallarının sayını 53-ə çatdıran "Sabah" turnir cədvəlinə başçılıq edir. 46 xala malik "Qarabağ" isə ikinci pillədə qərarlaşıb.

"Qarabağ" - "Sabah" 3:3

Seçilən
5
sportinfo.az

1Mənbələr