İsrail Hərbi Hava Qüvvələrinin Tehranın Abbasabad rayonunda yerləşən 104-cü polis idarəsinə zərbə endirdiyi bildirilir.
NOCOMMENT.az xəbər verir ki, hücum nəticəsində binaya ciddi ziyan dəydiyi iddia olunur.
Hadisə ilə bağlı mümkün itkilər və dağıntıların miqyası barədə hələlik rəsmi açıqlama verilməyib.
Məsələ ilə bağlı əlavə məlumatların yaxın saatlarda açıqlanacağı gözlənilir.
Sara