Çempionlar Liqasını 5 qol, 1 məhsuldar ötürmə ilə başa vuran “Qarabağ”ın gənc hücumçusu Kamilo Duranın müştəriləri artıb.
Xüsusən də İngiltərə klublarının adı daha çox hallanır. Biri “Hall Siti” deyir, o biri “Preston”. Deyilənlərə inansaq, bu iki klubun skautları “Nyukasl”la səfər oyununu stadiondan canlı izləyib.
Bu məsələni dəqiqləşdirmək üçün menecer Tural Əsgərovla əlaqə saxladıq, o bu xəbəri təkzib edərək, Duranla bağlı heç kimin klubla əlaqə saxlamadığını bildirdi.
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta