AZ

İsrailin şimalında hava həyəcanı elan edilib

BAKI, 2 mart. TELEQRAF

İsrailin şimal bölgələrində Livan ərazisindən raket buraxılışı ilə əlaqədar hava həyəcanı siqnalları səslənib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti məlumat yayıb.

Açıqlamada bildirilir ki, Livandan raket buraxıldıqdan sonra İsrailin bir neçə şimal rayonunda sirenalar işə düşüb. Bu, uzun fasilədən sonra Livan istiqamətindən qeydə alınan ilk raket hücumudur.

Seçilən
53
teleqraf.com

1Mənbələr