Özünüməşğulluğun təşkili prosesi başa çatanadək işsiz şəxslərin ünvanlı dövlət sosial yardımı barədə müraciət etməsi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması təklif edilir.
Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə olunan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.
Belə ki, özünüməşğulluğun təşkili prosesi tam başa çatanadək (əmlak təhvil verilənədək) işsiz şəxslərə, xüsusən də bir sıra hallarda həmin şəxslərin müvafiq əmlakla təmin olunması prosesinin bir ildən artıq müddətə uzandığını nəzərə alaraq, onların məşğulluğun digər formasından yararlanması və ya ünvanlı dövlət sosial yardımı barədə müraciət etməsi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması məqsədilə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi təklif edilir.