AZ

Musa Qurbanlı: “Hamı öz mədəniyyətini göstərir”

sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Maraqlı və gərgin oyun oldu". Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Musa Qurbanlı jurnalistlərə açıqlamasında deyib.Hücumçu "Sabah"la heç-heçə etdikləri Misli Premyer Liqasının XXII turunun matçı (3:3) ilə bağlı fikirlərini bölüşüb:"Bizim üçün qalib gəlmək çox vacib idi. Hesabda 0:3 hesabı ilə geriyə düşdük. Ən azından xarakter göstərdik, məğlub olmadıq. Belə maraqlı qarşılaşmalar ölkə çempionatında nə qədər çox olsa, yaxşıdır".Qurbanlı meydanda yaşanana insidentə də münasibət bildirib:"Bu cür gərgin və maraqlı oyunda normaldır. Futbolçular, məşqçilər, texniki zonada əyləşənlər emosiyalarına hakim ola bilmirlər. Belə halların yaşanması anlaşılandır. Bir qədər oyuna maraq qatır. Amma hardasa matçın tempini öldürdü. Məncə, temp düşməsəydi, vaxtımız olsaydı, bu hadisələr baş verməsəydi, dördüncü topu da vura bilərdik".Forvard çempionluq şanslarından da söz açıb:"Qarşıda çox oyunumuz var. Hər oyun qələbə qazanmağa, xal itirməməyə çalışacağıq. Şans bitməyib, kifayət qədər var. Son matçadək çempion olmaq üçün vuruşacağıq".Oyunçu sonuncu qolu vurmasına da toxunub:"Komandama fayda verməyə çalışıram. Sonradan da meydana girsəm, hədəf dəyişmir. Hazırda gərgin qrafikimiz var idi. Üzərimdə işləməli olduğum məqamlar çoxdur. Meydanda nə qədər çox olsam, fayda verməyə çalışacağam".Qurbanlı rəqib məşqçinin qeyri-etik jest etməsi haqqında da danışıb:"Mənim nəsə deməyim düzgün deyil. Hamı öz mədəniyyətini göstərir. Belə bir hal olubsa, xoş deyil. Bəlkə matçın gərginliyinə görə emosiyaları cilovlaya bilməyiblər. Hər halda belə halların olması xoş deyil".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
sport24.az

1Mənbələr