İranın Fars xəbər agentliyinin verdiyi məlumata görə, Tehrandakı dövlət televiziyasının ofisinə ABŞ və İsrail hücum edib.
Vətəninfo.az xəbər verir ki, bəyanatda deyilir: “İran Dövlət Televiziya və Radio Şirkətinin ofisinin bir hissəsi ABŞ və İsrail tərəfindən vurulub”.
Hadisənin təfərrüatları barədə məlumat verilmir.
Xatırladaq ki, 2025-ci ilin iyun ayında İsrailin İrana qarşı başlatdığı 12 günlük müharibə zamanı İran dövlət televiziyasının binası da zərbələrə məruz qalmışdı.