AZ

Goranboyda Tərtər sakinini bıçaqlayan şəxs saxlanılıb - Yenilənib 

Goranboyda Tərtər sakinini bıçaqlayan şəxs tutulub...

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Qurumun əməkdaşının sözlərinə görə, polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ç. Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Naftalan şəhər sakini, 33 yaşlı N. Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


***

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Tərtər rayon sakini, 1979-cu il təvəllüdlü C. Hüseynov qarının kəsilmiş-deşilmiş bıçaq xəsarəti diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, C. Hüseynov qayını tərəfindən bıçaqlanıb. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı əraziyə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.

Poliqon.info

Seçilən
14
9
poliqon.info

10Mənbələr