AZ

Xomeneini İmam Hüseynlə müqayisə etmək gülüncdür

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xomeneini İmam Hüseynlə müqayisə edirlər. Bu qədər cəhalət yox də! İran molla rejimi bu həssas mövzudan sadəcə sui-istifadə edib, öz hakimiyyətini gücləndirib, cahil kütlə də həmişə aldanıb. 

İmam Hüseyn şami-qəriban gecəsi məşəlləri üç dəfə söndürüb, könüllü şəhid olmaq istəməyənlərin çıxıb getməsinə imkan yaradıb, Xomneyi isə hakimiyyəti uğrunda on minlərlə günahsızı öldürüb, dara çəkib, zindanlarda çürüdüb.

Doğrudan bunları bilməyəcək qədər cahillər var aramızda və sıramızda?

Adam bir belə şüursuz olmamalıdır axı…

Mən hərbi müdaxiləyə, qan tökülməsinə haqq qazandırmıram, amma tüği-lənət kimi on milyonlarla insanın boğazına keçib həyatını cəhənnəmə çevirən tiranlarla başqa nə edəsən?

Şərif Ağayar

Gununsesi.info 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
89
icma.az

1Mənbələr