AZ

Goranboyda 47 yaşlı kişini bıçaqlayan şəxs tutuldu - YENİLƏNİB

Goranboyda 47 yaşlı kişini bıçaqlayan şəxs tutulub.
 
Bu barədə Moderator.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.
 
Qurumun əməkdaşının sözlərinə görə, polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində C.Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Naftalan şəhər sakini, 33 yaşlı N.Əliyev saxlanılıb.
 
Hazırda faktla bağlı araşdırma aparılır.
 
***
 
Goranboyda 47 yaşlı kişi qaynı tərəfindən bıçaqlanıb.
 
Moderator.az-ın məlumatına görə, Tərtər rayon sakini, 1979-cu il təvəllüdlü C.Hüseynov qarının kəsilmiş-deşilmiş bıçaq xəsarəti diaqnozu ilə xəstəxanaya çatdırılıb. Ona dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.
 
Məlumata görə, C.Hüseynov qayını tərəfindən bıçaqlanıb. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.
 
Faktla bağlı əraziyə polis əməkdaşları cəlb olunub.
 
Seçilən
9
9
moderator.az

10Mənbələr