AZ

Enerji effektivliyi fondu yalnız maliyyə mexanizmi deyil - Samir Axundov (MÜSAHİBƏ)

Bakı. Trend:

Azərbaycanda enerji təhlükəsizliyinin möhkəmləndirilməsi,enerji resurslarından səmərəli istifadə dövlət siyasətinin əsasprioritetlərindən biridir. Bu məqsədlə ölkədə enerjieffektivliyinin artırılması, stimullaşdırıcı tədbirlərin həyatakeçirilməsi istiqamətində ardıcıl addımlar atılır. AzərbaycanRespublikasını Prezidentinin müvafiq Fərmanı ilə yaradılan Enerjieffektivliyi fondu da bu siyasətin mühüm alətlərindən biridir.Fondun vəsaitlərinin idarə edilməsini Enerji MəsələləriniTənzimləmə Agentliyi (EMTA) həyata keçirir.

TrendEnerji effektivliyi fondunun fəaliyyəti, enerji effektivliyinintəşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə EMTA-nınİdarə Heyətinin sədri Samir Axundovla müsahibəni təqdimedir.

1. Enerji effektivliyi fondunun yaradılmasının əsasməqsədi nədir?

Enerji effektivliyi fondu Azərbaycan Respublikası Prezidentinin1 mart 2024-cü il tarixli, 13 nömrəli Fərmanı ilə yaradılıb. Fondunəsas məqsədi enerji resurslarından səmərəli istifadənin təminedilməsi, eyni zamanda enerji effektivliyi üzrə tədbirlərinstimullaşdırılması və təşviqidir.

2. Fondun vəsaitləri hesabına enerji effektivliyinintəşviqi məqsədilə hansı stimullaşdırıcı tədbirlərin həyatakeçirilməsi nəzərdə tutulur?

Enerji effektivliyinin təşviqi məqsədilə Fondun vəsaitlərihesabına həyata keçiriləcək stimullaşdırıcı tədbirlər müvəkkilkredit təşkilatları vasitəsilə güzəştli kreditlərin verilməsi,enerji effektivliyi üzrə pilot layihələrin tətbiqi, həmçinin qrantvə subsidiyaların ayrılmasdır. Pilot layihələrin əsasən dövlətmülkiyyətində olan sosial, təhsil və səhiyyə müəssisələrində həyatakeçirilməsi, subsidiyalar vasitəsilə isə enerji effektivliyitədbiri ilə bağlı xərclərin müəyyən bir hissəsininmaliyyələşdirilməsi nəzərdə tutulur. Subsidiyalardan əsasən məcburienerji auditi subyektləri və dövlət mülkiyyətində olan sosial,təhsil və səhiyyə müəssisələrinin qeyri-yaşayış binaları üzrəidarəedici təşkilatları yararlana bilər.

Qrantların isə başlıca olaraq ali təhsil müəssisələrində vəelmi-tədqiqat institutlarında enerji effektivliyi sahəsindəaparılan elmi araşdırmaların və tədqiqatların təşviqi məqsədiləayrılması nəzərdə tutulub.

3. Qeyd etdiniz ki, stimullaşdırıcı tədbirlərdən biri dəgüzəştli kreditlərin verilməsidir. Kreditlərin faiz dərəcəsi,müddəti və məbləği barədə məlumat verə bilərsinizmi? Bukreditlərdən kimlər yararlana bilər?

“Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması vəistifadə Qaydası”na əsasən, 1 000 manatdan 50 000 manatadəkkiçikhəcmli kreditlər, 50 001 manatdan 1 000 000 manatadəkortahəcmli kreditlər, 1 000 001 manatdan 10 000 000 manatadək isəböyükhəcmli kreditlər olaraq təsnifləşdirilib. Kiçikhəcmlikreditlərin 5 ilədək, ortahəcmli kreditlərin 10 ilədək, böyükhəcmlikreditlərin isə 15 ilədək müddətə verilməsi nəzərdə tutulur.Hazırki mərhələdə, əlçatanlığın təmin edilməsi məqsədiləkreditlərin illik faiz dərəcəsi 5% həddində müəyyənləşdirilib və bukreditlərdən həm fiziki, həm də hüquqi şəxslər yararlanabiləcək.

4. Energetika Nazirliyinin 22 yanvar 2026-cı il tarixliKollegiya Qərarı ilə “Enerji effektivliyi fondunun vəsaiti hesabınamaliyyələşdirilən layihələrə dair Tələblər” təsdiqlənib. Sözügedənsənəd barədə məlumat verə bilərsinizmi?

Kollegiya Qərarı ilə təsdiq edilmiş bu sənəddə yuxarıda adıçəkilən stimullaşdırıcı tədbirlər – pilot layihələr, qrant,subsidiya və güzəştli kreditlər üzrə hədəf qrupları,stimullaşdırıcı tədbirlərin əhatə dairəsi, habelə bu tədbirlərçərçivəsində tətbiq edilməsi nəzərdə tutulan enerji effektivliyitexnologiyaları və onlara dair tələblər ətraflı şəkildə öz əksinitapıb.

5. Sözügedən stimullaşdırıcı tədbirlərin hansıistiqamətlər üzrə həyata keçirilməsi planlaşdırılır?

Enerji effektivliyi üzrə tədbirlərin keçiriləcəyi istiqamətlər“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyihaqqında” Azərbaycan Respublikasının Qanununun 15.2-ci maddəsindəöz əksini tapıb. Bu istiqamətlərə enerji effektivliyi üzrətədbirlərin və dövlət proqramlarının icrasının dəstəklənməsi,elmi-texniki fəaliyyətin maliyyələşdirilməsi, enerji menecmentisisteminin, ağıllı sayğacların və sistemlərin, kogenerasiya vəyüksək effektiv kogenerasiya qurğularının tətbiqi və bərpa olunanenerji mənbələrindən istifadə aid edilib.

Həmçinin, Energetika Nazirliyinin Kollegiya Qərarı ilə təsdiqedilmiş “Enerji effektivliyi fondunun vəsaiti hesabınamaliyyələşdirilən layihələrə dair Tələblər”də yuxarıda qeyd olunanhər bir istiqamət üzrə müvafiq enerji effektivliyi texnologiyalarıvə tədbirləri təsbit olunub. Enerji effektivliyi üzrətexnologiyalara və tədbirlərə misal olaraq, binalarda izolyasiyanınhəyata keçirilməsini, müasir tələblərə cavab verən istiliksistemlərinin quraşdırılmasını, mövcud istilik sistemlərinin enerjieffektivliyi baxımından təkmilləşdirilməsini, aktiv istehlakçılarüçün günəş panellərinin və “off-grid” rejimli bərpa olunan enerjimənbələrinin tətbiqini, yüksək effektivli işıqlandırmasistemlərinin quraşdırılmasını göstərmək olar.

6. Enerji effektivliyi fondu çərçivəsində həyatakeçirilən bu addımların ölkə iqtisadiyyatına və vətəndaşlarauzunmüddətli faydası nə olacaq?

Enerji effektivliyi fondu çərçivəsində həyata keçirilməsinəzərdə tutulan enerji səmərəliliyi tədbirləri nəticəsində, ilknövbədə ölkə üzrə istehlak olunan enerji resurslarına qənaətolunması və enerji xərclərinin azaldılması hədəflənir. Bu isə öznövbəsində, vətəndaşların ailə büdcələrinə, eləcə də ölkədəfəaliyyət göstərən müəssisələrin maliyyə vəziyyətinə öz müsbəttəsirini göstərmiş olacaq. Ümumiyyətlə, enerji səmərəliliyitədbirləri mövcud resurslardan daha effektiv istifadə imkanıyaratmış olacaq.

Eyni zamanda, bu proseslər ekoloji baxımdan da mühüm əhəmiyyətdaşıyır. Enerji istehlakının optimallaşdırılması karbonemissiyalarının azalmasına, daha təmiz ətraf mühitin formalaşmasınavə Azərbaycanın beynəlxalq iqlim öhdəliklərinə də öz töhfəsinivermiş olur.

Nəticə etibarilə, Enerji effektivliyi fondu yalnız maliyyəmexanizmi deyil, həm də ölkədə enerjidən səmərəli istifadəmədəniyyətinin formalaşdırılmasına, innovativ texnologiyalarıntətbiqinə və dayanıqlı iqtisadi inkişafın təmin edilməsinə yönəlmişstrateji alətdir.

Seçilən
45
2
az.trend.az

3Mənbələr