AZ

Dünənki azarkeş sayı rekord qırdı Fotolar

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Misli Premyer Liqasının 22-ci turunda bu mövsümün yeni azarkeş rekordu qeydə alınıb.

“Qafqazinfo” PFL-ə istinadən xəbər verir ki, bu, ötən gün baş tutan “Qarabağ” - “Sabah” matçında baş verib.

Həmin oyunu stadionda 10361 tamaşaçı izləyib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən gərgin və maraqlı qarşılaşma 3:3 hesabı ilə başa çatıb.

Xatırladaq ki, buna qədər mövsümün rekordu 12-ci turda - “Sumqayıt” - “Qarabağ” (2:4)  matçında  qeydə alınmışdı. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüşü 9100 azarkeş tribunalarından izləmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
7
qafqazinfo.az

9Mənbələr