AZ

“Bizim irəli getməyimizi istəmirlər” - Emin Mahmudov

ŞAMAXI, 2 mart. TELEQRAF

“Oyundan sonra Hakimlər Komitəsindən bir nəfər çıxıb deyir ki, bu, penalti deyil. Deməli, istəmirlər biz irəli gedək. Nəticədə kiminsə həyatı ilə oynayırlar”.

Bu sözləri Teleqraf-a açıqlamasında “Neftçi”nin kapitanı Emin Mahmudov deyib.

O, Azərbaycan Premyer Liqasının XXII turunda səfərdə “Şamaxı” ilə 2:2 hesablı heç-heçə etdikləri oyunun son dəqiqələrində qapılarına təyin olunan penalti epizodu ilə bağlı etirazını bildirib.

34 yaşlı yarımmüdadiəçi hakimlərin komandasına qarşı qərəzli yanaşdığını qeyd edib:

“Bu, sadəcə biabırçılıqdır. 90+5-ci dəqiqədə belə penalti qərarına söz tapmaq olmur. Biirinci dəfə deyil, bundan əvvəl də 3-4 dəfə belə hallar yaşanıb. Komanda üzvləri məyus olur. Çünki bizim üçün qələbə çox vacib idi və onu əlimizdən aldılar. Oyundan sonra çıxıb danışmağın mənası yoxdur. Hakimlər Komitəsinin sədri çıxıb deyəcək ki, penalti yoxdur. Bu mövsüm 15 epizod saya bilərəm ki, bizə penalti verilməyib. Amma burada deyəcəklər ki, dirsək dəyib. Birinci bizim futbolçumuz tullandı. İndi arxadan kimsə tullansa və mən onun başına dirsək vursam, onda hər oyunda belə penalti qazanaram. Üstəlik, həmin epizoddan öncə bizim təmiz penaltimizi vermədilər. Heç baxmadılar belə. Abubakar başla qol vurduqdan sonra rəqibin əl toxunuşu var idi. Amma Cavid Cəlilov həmin epizodu görməzdən gəldi”.

Mahmudov həm də hakimlərə qarşı mübarizə apardıqlarını əlavə edib:

“Biz yenə də davam edəcəyik. Möhtəşəm xarakterə malik komandamız var. Gələcək oyunlara köklənəcəyik və daha yaxşı olacağıq. Çünki təkcə komandalara qarşı yox, hakimlərə qarşı da mübarizə aparırıq”.

Seçilən
6
4
teleqraf.com

1Mənbələr