AZ

İsrail-“Hizbullah” savaşı – Hərəkatın parlament fraksiyasının rəhbəri öldürüldü

İsrail Ordusu Livan ərazisində “Hizbullah” hərəkatına məxsus hədəflərə zərbələrə başladığını bəyan edib.

Heftelik.az xəbər verir ki, bu barədə Ordunun mətbuat xidmətinin açıqlamasında deyilir.

Zərbələrin “Hizbullah” tərəfindən İsrail ərazisinə atəş açılmasına cavab olaraq həyata keçirildiyi bildirilib.

İsrail Baş Qərargah rəisi Eyal Zamir növbəti əməliyyat planlarını təsdiqləyib və fasiləsiz hücum və müdafiə tədbirlərinə hazırlıq görülməsi barədə göstəriş verib.

“Al Arabia”-nın mənbələrinə istinadən yaydığı məlumata görə, “Hizbullah” hərəkatına məxsus hədəflərə zərbələr nəticəsində Hərəkatın parlament fraksiyasının rəhbəri Məhəmməd Raad ölüb.

Seçilən
3
2
heftelik.az

6Mənbələr