AZ

Messi cərimə zərbələrindən vurulan qol sayında Peleyə çatıb

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 2 mart, AZƏRTAC

ABŞ-nin “İnter Mayami” klubunun kapitanı Lionel Messi cərimə zərbələrindən vurulan qolların sayına görə Braziliya millisinin sabiq futbolçusu Peleyə çatıb.

AZƏRTAC xəbər verir ki, argentinalı hücumçu buna MLS-in müntəzəm mövsümünün II turunun “Orlando Siti” ilə səfər matçında nail olub.

Matçda dubl edən ulduz futbolçu 2-ci qolu standart vəziyyətdən vurub. Bununla da Messi cərimə zərbəsindən vurduğu qolların sayını 70-ə çatdırıb. Argentina millisinin kapitanı hazırda bu göstəricidə yalnız braziliyalı veteran yarımmüdafiəçi Juninyo Pernambukanodan (77 qol) geri qalır.

Qeyd edək ki, “Orlando Siti”-“İnter Mayami” oyunu qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
6
azertag.az

7Mənbələr