AZ

Vahid Ələkbərovun sərvəti kəskin artdı

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Lukoil” neft şirkətinin təsisçisi, Azərbaycan əsilli Vahid Ələkbərov 2,4 milyard dollar qazanaraq sərvətini 25 milyard dollara çatdırıb.

Globalinfo.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg Milyarders Index”i hesabatını paylaşıb.

Məlumata görə, Rusiyanın ən varlı iş adamlarının sərvəti ötən ay 10,6 milyard dollar artıb. “EuroChem” və “SUEK” şirkətlərinin həmtəsisçisi Andrey Melniçenkonun sərvəti bu dövrdə 2,16 milyard dollar artaraq 21,1 milyard dollara çatıb.

“Telegram”ın həmtəsisçisi Pavel Durov isə ən böyük itki ilə üzləşib. Belə ki, onun sərvəti 2,24 milyard dollar azalaraq 12,1 milyard dollara düşüb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
113
globalinfo.az

1Mənbələr