AZ

Yevlax təhsilində nə baş verir?-Antimilli şəbəkə,Vətənə xəyanət həddi, yoxsa...??? -TƏFƏRRÜAT

[center]Yevlax[/center]Adı dövlət qulluqçularının vahid reyestrində olmayan şəxsi hansı hüquqi əsasla vəzifədə saxlayırsınız, hansı hüquqi əsasla ona dövlət qulluqçusunun maaşını verirsiniz?

Azərbaycan təhsilində şəffaflıq və inkişafyönlü islahatların anons edildiyi bir vaxtda həm paytaxtda, həm də regionlarda təhsil adına yaşanan utancverici hallar-qanunzidd addımlar, dövlətçilik dəyərlərinə açıq hörmətsizlik cəmiyyət olaraq, dövlət olaraq bizi dərindən düşündürməlidir. Əks halda, göz görə-görə təhsilimizi uçurumun dibinə yuvarlamış olacağıq.

Elə yevlaxlı oxucularımızın Yenixeber.org-a ünvanladığı şokedici məlumatlar da bunları deməyə əsas verir. Məlumata görə, Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) 4-5 fevral 2025-ci il tarixdə Yevlax rayon Təhsil sektorunda apardığı son yoxlamalar çoxsaylı qanun pozuntuları (xüsusən, maliyyə ilə bağlı) və təkzibolunmaz faktlar üzə çıxarsa da, nədənsə “gözügörünməz” əllərin sayəsində bu yoxlamanın nəticəsi “kosmetik” xarakter daşımaqdadır. Belə ki, nə…, nə savadı, nə də dünya görüşü təhsilə zərrə qədər uyğun olmayan sektor müdiri Namidə Abbasova “sudan quru çıxa bilib”. Baxmayaraq ki, bütün məsuliyyət və cavadehlik bu şəxsin üzərində olub. Onun əvəzinə üzdə olan 2 və 7 №-li məktəblərin direktorlarının (biri Şəhid Milli Qəhrəmanın bacısıdır) qurban seçilməsi və Namidənin cəzasız qalması bütün Yevlax ictimaiyyətində çoxlu sullar yaradıb.

Direkor müavinlərini, müəllimləri şantaj edir, hədələyir

Bu suallara keçməzdən əvvəl Elm və Təhsil naziri Emin Əmrullayevin məşhur və kifayət qədər kəskin bir fikri- “TƏHSİLDƏ GÜZƏŞT VƏTƏNƏ XƏYANƏTDİR” ifadəsi MÜTDA-nın direktoru Eşqi Bağırovun və Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Həmid Qasımovun “tükünü belə tərpətməyib”. Baxmayaraq ki, bu fikir Namidə Abbasovanın rəhbərlik etdiyi Yevlax təhsilinindəki mövcud mənzərənin ən dəqiq tərifidir. Yoxlamalar zamanı ortaya çıxan qanunsuz vəzifə təyinatları, əmək qanunvericliyinin kobud şəkildə pozulması, büdcə vəsaitlərinin mənimsənilməsi kimi ciddi faktlar aşkar olunduğu halda Namidə Abbasova əlini-qolunu sallaya-sallaya gəzir və gözlərini süzdürərək rişxəndlə məktəb direktorlarına, təhsil işçilərinə acıq verir. Hətta,bundan da cılız hərkətlərə yol verir.Vəzifəsindən asılı olmayaraq tabeliyində olan işçiləri aşağılayır, qadına yaraşmayan tərzdə qışqırır və kobud ifadlər işlətməkdən çəkinmir. Hələ bu azmış kimi haqqını tələb edən işçiləri, direkor müavinlərini, müəllimləri şantaj edir, hədələyir. Bəs bütün bunlara rəğmən Namidə Abbasovaya güzəşt edilməsi cənab nazirin dediyi kimi Vətənə xəyanət deyilmi? Yəqin ki, bu əməllərə mütləq hüquqi qiymət veriləcək.

Yevlaxın təhsil ictimaiyyətini düşündürən suallar isə əsas etibarı ilə bunlardır:

...Bu şəxsə göstərilən “xüsusi münasibət” qanunlardan daha üstündürmü?

...Kimlərdir Namidə Abbasovanın qanunsuz əməllərini ört-basdır edən?

...Kimlərdir onun kimi bacarıqsız, təhsil idarəetməsindən və təhsilin metodalogiyasından xəbərsiz birini himayə edən?

...Bu qanunsuzluqlar zəncirinin halqaları kimlərə qədər uzanır?

İddialara görə, ziddiyətli keçmişə malik Namidə Abbasova ondan narazı olan şəxslərə açıq şəkildə bəyan edir ki, “siz mənə heç nə edə bilməzsiniz, mənim arxmada duran qüvvələr sizi məhv edər, özünüzü yormayın”. Bu xanım özünə yaxın hesab etdiyi və onu hədiyyələr yağışına tutan direktorların yanında deyib ki, Allah icra başçımız Anar müəllimə (Yevlax rayon icra hakimiyyətinin başçısı) və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindəki həmkəndlimə, qohumuma can sağılığı versin.Yenixeber.org-a daxil olan məlumata görə, icra başçısı Anar Tağıyevin Namidənin arxasında durmasını bütün Yevlax bilir.Çünki onun təyinatında Anar Tağıyevin müstəsna rolu olub və bu gün də onu hərtərəfli müdafiə edir. Arabuluculuq işini isə başçının müavini Elnarə Əzizova edir. Anar Tağıyevlə Namidə Abbasovanı birləşdirən bir neçə xüsusiyyət də var. Hər ikisi adamyovuşmaz, özündənrazı, sıfır ünsiyyət, kobud və ən təhlükəslisi isə türk kökənli insanları sevməmələri. Bunları Yevlaxda hər kəs bilir. Sadəcə adamlar qorxularından dilə gətirə bilmirlər.

Məlumata görə, əslində Namidə Abbasova məhz anasının təlimatı ilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindəki həmkəndlisinin adından sui-istifadə edir və bununla da təhsil işçilərini qorxu altında saxlayır. Halbuki həmin şəxs (Adını hallandırmağı uyğun bilmirik. Red.) bu təhlükəli ana-balanı yaxınına buraxmır. Baxmayaq ki, Namidə və anası Bəsti müəllimə bir neçə dəfə həmin vəzifəli şəxsin Bərdənin … kəndində məskunlaşan qardaşının evində olub. Amma dəstək almaq cəhdləri uğursuz olub. Bir sözlə, Anar Tağıyevdən “etibarlı”sını tapa bilməyiblər. Maraqldır ki, regional idarənin müdiri, gün işığına çıxmaqdan qorxan Həmid Qasımov da Namidənin nazı ilə oynayır, ona gözün üstə qaşın var demir. Əcəba niyəə?

Dövlət qulluqçusu deyil, amma,…

Onu da bildirək ki, Namidə Abbasova yevlaxlı deyil, Ağdərə rayonunun Sırxavənd kəndindəndir və ən azı 2 dəfə ailəli olub. Təhsilin idarə olunmasında təsadüfü kadrlardan sayılan Namidə Abbasova Yevlaxın Havarlı kənd məktəbində direktor əvəzi işləyib və hansısa “sehirli əllər”in sayəsində 1 ili tamam olmamış gözlənilmədən müqavilə ilə Təhsil şöbəsinin müdiri təyin olunub. Regional idarələr yaranandan sonra isə dövlət qulluğu imtahanından keçmədiyi halda Yevlax rayon Təhsil sektorunun müdiri təyin olunub. Bu günə qədər də dövlət qulluqçusu statusunda deyil. ...VƏ ƏN ƏSASI... Mərkəzi Aran Regional Təhsil İdarəsinin maliyyə-iqtisadiyyat sektorunun müdiri Natiq Misirov bu şəxsə dövllət qulluqçusu üçün müəyyən edilən əmək haqqı hesablayıb (üstəgəl paket). Bunun cinayət tərkibli ciddi maliyyə pozuntusu olmasına isə yəqin ki, Maliyyə Nazirliyi və Baş Prokurorluq hüquqi qiymət verəcək.

Görəsən, MÜTDA və Mərkəzi Aran Regional Təhsil İdarəsi Dövlət İmtahan Mərkəzinə və Prezident Adminstrasiyasına dövlət qulluqçusu statusunda olan əməkdaşlarla bağlı təqdim etdikləri hesabatlarda qeyri-qanuni işləyən sektor müdiri Namidə Abbasovanın (Bu siyahıya mingəçevirli Sevinc Həsənovanı da əlavə etmək olar) adını niyə gozlədiblər? Bu dövləti aldatmaq, anti-milli fəaliyyət deyil, bəs nədir?

Adı dövlət qulluqçularının vahid reyestrində olmayan şəxsi hansı hüquqi əsasla vəzifədə saxlayırsınız, hansı hüquqi əsasla ona dövlət qulluqçusunun maaşını verirsiniz? Bu suala hansı qurum və kim cavab verməlidir: Elm və Təhsil nazirliyi, MÜTDA, yoxsa Mərkəzi Aran Regional Təhsil İdarəsi?

Belə çıxır ki, Mərkəzi Aran Regional Təhsil İdarəsində dövlət büdcəsini talayan, saxta kadr təyinatları ilə məşğul olan anti-dövlət şəbəkəsi var?

***

Bəli,yevlaxlı valideynlər və təhsil ictimaiyyəti MÜTDA-nın Mərkəzi Aran Regional Təhsil İdarəsinə gəlişini, yəni yoxlamasını bataqlıqda olan Yevlax təhsilinin xilası kimi görürdülər. Ancaq onların gözərmiş ümidlərini hələ ki, dəfn etdilər...İddia olunur ki, Yevlaxın özünə, peşəsinə hörmət qoyan müəllimləri Namidə Abbasova kimi kadrın onlara rəhbərlik etməsini artıq özlərinə təhqir hesab edirlər.

Əgər həqiqətən də Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyi, həmçinin Mərkəzi Aran Regional Təhsil İdarəsi şəffaf və ədalətli yoxlama aparıblarsa, niyə yoxlamanın nəticələrini ictimaiyyətə açıqlamadılar?

P.S Yevlax təhsilində, xüsusən də Namidə Abbasovanın himayəsində olan məktəb direktorlarının qanunsuz əməlləri, gizlədilən və onun-bunun üstünə yazılan dərs saatları, dərnəklər, sektorda qanunsuz işlədilən kənar şəxslər, digər maliyyə pozuntuları və təhqir edilən müəllimlərlə bağlı daxil olan məlumatların araşdırılması gedir.

Redaksiyadan: Biz Yenixeber.org olaraq yazıda yer alan iddialarla bağlı adları hallanan tərəfləri də dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu(?)

Mövzunu davam etdirəcəyik.

Yenixeber.org

Seçilən
3
1
yenisoz.az

2Mənbələr