AZ

Fərid Qayıbov: “Forumda kifayət qədər tanınmış mütəxəssislərin iştirak etməsi sevindiricidir”

“Forumda kifayət qədər tanınmış mütəxəssislərin iştirak etməsi sevindiricidir”.

İdman.Biz xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda ilk dəfə keçirilən Məşqçilər Forumunun açılış mərasimində deyib.

Nazir forumun ölkə məşqçiləri üçün olduqca vacib olduğunu bildirib:

“Mütəxəssislərimizin işi həqiqətən çox məsuliyyətli və çətindir. Onlar yalnız çətinliklərlə deyil, eyni zamanda müxtəlif insani amillərlə də qarşılaşırlar. Bütün bunlar isə böyük enerji və səbir tələb edir. Bu, doğrudan da asan olmayan bir sahədir. Mən bir daha hər birinizə bu məsuliyyətli və zəhmətli işə görə təşəkkür edirəm”.

F.Qayıbov müasir dövrdə tələblərin dəyişdiyini və bəzi sahələrdə müəyyən geriləmələrin müşahidə olunduğunu söyləyib: “Buna görə də idmançı ilə məşqçi arasında münasibətlər bu günün şərtlərinə uyğun, daha sağlam şəkildə qurulmalıdır. Bununla yanaşı, diqqət yetirilməli olan digər məsələlərə də bu forumda toxunulacaq”.

İdman.Biz
Seçilən
3
4
idman.biz

5Mənbələr