AZ

Qanunsuz saxlanılan xeyli silah-sursat aşkar olunub

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

APA xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Fevralın 28-də və martın 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 1 pulemyot, 1 qumbara, 18 tüfəng, 4 patron darağı və 69 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Seçilən
10
10
apa.az

10Mənbələr