AZ

İranın hərbi-dəniz potensialına CİDDİ ZİYAN DƏYİB – Peyk FOTOLARI

İranın Konarak hərbi-dəniz bazasında ciddi dağıntılar qeydə alınıb.

İnterpress.az xəbər verir ki, bu barədə beynəlxalq mətbuat peyk görüntülərinə istinadən məlumat yayıb.

Peyk vasitəsilə əldə edilən yeni şəkillər İranın Konarak şəhərində yerləşən hərbi-dəniz bazasında genişmiqyaslı zədələrin olduğunu üzə çıxarıb. Məlumata görə, görüntülərdə bir neçə zədələnmiş və ya suya batmış hərbi gəmi aydın şəkildə görünür.

Bazadakı dağıntıların miqyası kifayət qədər böyükdür. Hərbi obyektin həm quruda yerləşən infrastrukturu, həm də limandakı dəniz vasitələri ciddi zərər görüb. Hələlik hadisənin konkret səbəbləri və dəqiq vaxtı barədə rəsmi məlumat verilməyib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
22
interpress.az

1Mənbələr