Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) ilə Novorossiyskə (Rusiya) hücumu nəticəsində beş nəfər yaralanıb.
"Report"un Rusiya KİV-inə istinadən məlumatına görə, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev "Telegram" kanalında məlumat verib.
"Ən güclü zərbə Novorossiyskə dəyib. Beş nəfər yaralanıb, bütün zərərçəkənlərə tibbi yardım göstərilir", - məlumatda bildirilib.
Qeyd olunub ki, şəhərdə fövqəladə vəziyyət rejimi elan edilib.
Qubernator bildirib ki, hücum nəticəsində səkkiz çoxmənzilli və doqquz fərdi ev, həmçinin uşaq bağçası zədələnib.