AZ

Qızıl almaq istəyənlərə nəzərinə

"ABŞ, İsrail və İran arasında artan gərginliyin qlobal bazarlara təsiri əsasən qısamüddətli dalğalanmalarla müşayiət oluna bilər".Metbuat.az kredit.az-a istinadən xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, mövcud proseslər iqtisadi baxımdan idarəolunan xarakter daşıyır və yaxın dövrdə qlobal böhran riski yüksək deyil. İqtisadçının sözlərinə görə, London birjasının açılışından sonra enerji bazarlarında ilkin reaksiya kimi neft qiymətlərində artım ehtimalı yüksəkdir. Riskdən qorunma aləti kimi qızılın da bahalaşması mümkündür.O bildirib ki, Bakı vaxtı ilə Nyu-York birjasının açılışından sonra bazarlardakı dalğalanmalar daha aydın müşahidə edilə bilər. Bu mərhələdə fond indekslərində və riskli aktivlərdə eniş ehtimalı istisna olunmur.E.Əmirov qeyd edir ki, Hörmüz boğazı ətrafında risklərin artmasına baxmayaraq, marşrutun uzunmüddətli bağlanması real ssenari hesab edilmir. Onun fikrincə, belə addım İranın özü ilə yanaşı əsas enerji alıcılarından biri olan Çinin maraqlarına da ciddi zərbə vura bilər.İqtisadçı vurğulayıb ki, hazırkı mərhələdə nə regional, nə də qlobal iqtisadiyyatda davamlı böhran gözlənilmir. Bununla yanaşı, baş verən geosiyasi proseslərin daha dərin iqtisadi nəticələrinin ən azı bir ildən sonra fərqli iqtisadi istiqamətlər üzrə özünü göstərə biləcəyi ehtimal olunur.Birjada qızıl bazar ertəsi günü 1%-dən çox bahalaşaraq bir unsiya üçün 5 370 dolları ötüb və son bir ayın ən yüksək səviyyəsinə çatıb. Artım ABŞ və İsrailin həftəsonu İran ərazisinə endirdiyi birgə zərbələrdən sonra təhlükəsiz aktivlərə tələbin artması fonunda baş verib.Hücumlar nəticəsində İranın Ali dini lideri Ayətullah Əli Xamenei həlak olub, bu isə regionda gərginliyi daha da artıraraq neftlə zəngin Körfəz bölgəsində dəniz daşımalarına təsir göstərib. İran buna cavab olaraq BƏƏ, Bəhreyn, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, İordaniya, İraq və Suriyada yerləşən ABŞ hərbi bazalarına zərbələr endirib.Qızıl fevral ayında ardıcıl yeddinci aylıq artımını qeydə alıb ki, bu da 1973-cü ildən bəri ən uzun yüksəliş seriyası hesab olunur. Bahalaşma əsasən geosiyasi risklərin artması, ABŞ prezidenti Donald Trampın beynəlxalq münasibətlərdə apardığı dəyişikliklər, həmçinin mərkəzi bankların güclü qızıl alışları və investorların dövlət istiqrazları ilə valyutalardan uzaqlaşması ilə dəstəklənib.

Məsələ ilə bağlı maliyyə eksperti Əkrəm Həsənovun sözlərinə görə, qızıl qiymətlərində müşahidə olunan qeyri-müəyyənlik ilin sonuna qədər davam edə bilər. O bildirib ki, qızıl uzunmüddətli perspektivdə bahalaşmaqda davam edir və bunun əsas səbəbi qızılın deyil, kağız pulların dəyərinin tədricən azalmasıdır. Ekspert hesab edir ki, qısamüddətli enişlər mümkün olsa da, illik müqayisədə qiymət artımı qorunacaq.

Seçilən
16
metbuat.az

1Mənbələr